IPB

Qonaq, sizi xoş gördük ( Giriş | Qeydiyyat )

Forum Qaydaları

D. İstifadəçilərin Nəzarətçilərdən şikayəti.
1. Forumda Administratorun heç bir addımı müzakirə olunmur. Nəzarətçilərə şikayətinizi Rok.Az Forum » Sayta təklifləriniz və iradlarınız » Nəzarətçilər haqqında şikayət bölməsində bildirə bilərsiniz, Nəzarətçinin səhvini tam aydın şəkildə yazmalısınız. Əgər qaydalara zidd şikayət bildirilibsə, həmin istifadəçiyə 20% töhmət veriləcəkdir. Xatırlatmaq istərdim ki, 100% Töhməti olan şəxs avtomatik ban alacaqdır.

Rok.Az İdarə Heyəti

Collapse

> Azeri Rock Elanlar

Son Elanlar!
Elan 1 Qaydalar Yeniləndi ! Hamı oxusun !
http://www.rok.az/forum/index.php?showtopic=2
Elan 2
adiniz@rok.az kimi mail istəyirsinizsə
Elan 3 "DARK LINE - UNDERGROUND"-un son konsertindən EKSKLÜZİV VİDEOLAR!.
http://www.rok.az/forum/index.php?showtopic=2080
> Remembrance, Fransadan "Funeral Doom/Death"
Empty
ismarış 08.01.2009, 23:23
İsmarış #1


#.. д!`L`xoR ..
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 661
Qeydiyyat: 10.07.2008
Ünvan: Haralarsa..
İstifadəçi ¹: 30





Remembrance - Fransanın Lill şəhərindən olan bu qrup Funeral Doom/Death Metal stilində ifaları ilə tanınır.Qrupun tərkibi iki şəxsdən ibarətdir: M
atthieu Sachs və Carline Van Roos.Depressiv,zülmət dolu,kədərli musiqi yaratmaq həvəsi bu iki şəxsi 2004-cü ilin iyun ayında "Remembrance" adlı qrupun əsasını qoymağa sövq etdi.
Yalnız öz gücləri hesabına 2005-ci ildə bir neçə aylıq çalışmalardan sonra nəhayət 4 trekdən ibarət "Among Lost Illusions" demosunu yazdırırlar.Cəmi bir ay sonra "TotalRust" şirkəti demoya maraq göstərir və qrup buraxacaqları debüt albomu üçün mahnılar yazmağa başlayır.
2005-ci ilin iyulunda qrupun "Frail Visions" albomu hazır olur.Albom Doom/Death Metal stilində oldu,həmçinin özündə kədərli və acınacaqlı klaviş partiyaları,dərin hüzn.. ağır,lakin tez-tez yüngül gitara riflərini birləşdirdi.Albom 2005-ci ilin sentyabrının sonunda adı çəkilən studiya tərəfindən buraxılır,studiya həmçinin qrupun "Beyond The Waters" mahnısını buraxdığı "Asymmetry" doom yığmasına salır.
2007-ci ilin oktyabrında məşhur "Firedoom Music" leyblı Remembrance -la uzunmüddətli gözlənilən ikinci studiya albomunun yazılması üçün müqavilə bağlayır.Albom 2007-ci ilin yayında yazılır,2008-ci ilin birinci rübündə isə işıq üzü görür.Albomun adı tərkibindəki ən çox dəyərləndiriləcək olan mahnının - "Silencing The Moments" mahnısının adı ilə adlandırılır.
Ümumilikdə qrup son nəsil "funeral doom" qrupları arasında ən yaxşılardan biri kimi dəyərləndirilir.

Üzvlər:
Matthieu Sachs - Guitars, Vocals
Carline Van Roos - Keyboards, Bass, Backing Vocals, Drum Programming
Norman Müller - Drums


Official Site
MySpace


Silencing The Moments (2008)

mp3@320kb/s [CD-Rip]
Sitat



Frail Visions (2005)

mp3@320kb/s [CD-Rip]
Sitat


Albomlardakı trekləri bir-bir yükləmək üçün bu cümləyə KLİK.

İsmarışda düzəlişlər etdi: Empty - 19.01.2010, 21:32


--------------------



Empty Soul..Ω..ılılılılılılılı


Go to the top of the page
 
+Quote Post
 
Start new topic
Cavablar (1 - 11)
Realium
ismarış 23.05.2009, 22:55
İsmarış #2


°•°•..Realium Utopik..•°•°
Qrupun ikonu

Qrup: Administrator
İsmarışlar: 1,602
Qeydiyyat: 14.08.2008
Ünvan: Violet_Etopia
İstifadəçi ¹: 78


Bilmirəm nə deyim, dəhşətli pessimizmdən bu qədər həzz almaq normal insana xas olan bir şey deyil, məncə. Necə ki mən normal deyiləm... Remembrance daha yeni bir kəşfdir, onları heç də Shape of Despair və Colosseum kimi nəhəng qruplardan geri görmürəm. Ağır musiqi, eyni ağırlıqda da testlər, mənəvi olaraq adamı çox yorur, bunu anlamaq ayrı bir həzzdir, dəhşət... Hər iki albomu dinlədim, bircə onu bilirəm ki, Yer üzündə yox idim. "Eternal Disease" ifası adi bir musiqi, adi bir doom deyil, onu hər kəs anlamaz. Mahnıların sözləri ayrı bir aləmdir, çox qısa amma hər bir sözü melonxoliya, pessimizm. Çox bəyəndim.


--------------------
Go to the top of the page
 
+Quote Post
Empty
ismarış 24.05.2009, 00:00
İsmarış #3


#.. д!`L`xoR ..
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 661
Qeydiyyat: 10.07.2008
Ünvan: Haralarsa..
İstifadəçi ¹: 30


Uxx.. Nəhayət ki,yerlilərdən Remembrance dinləyib bəyənən ikinci şəxsi tanıdım smile.gif
Albomlar həqiqətən də dəhşətlidir.Çoox sayda funeral-doom oynayan qruplar dinləmişəm,amma 100% deyə bilərəm ki,Remembrance sadəcə "çox yorğun" metal musiqi yaratmaqla yetinməyib bu albomlarda,mükəmməl orkestral elementlərdən idealcasına istifadə olunub.Birmənalı olaraq seçirəm bu qrupu digərlərindən... Mən belə vahiməli,əzablı qroul başqa yerdə eşitməmişəm,nöqtə.
Nəisə,düşünürəm ki,nə demək istədiklərini yalnız onları dinləyənlər daha dəqiq başa düşər.Bu tip musiqi sevərlərin hamısına məsləhətimdir.
Qrupun qadın üzvü Carile-ə çıxaracaqları yeni albom barədə sual vermişəm,bu cavabı almışam:

Carline Van Roos, написал(а)20 апреля 2009 г. в 21:32
Hi Hikmet,
Well, we should be able to finish everything for this summer I think but then we have to see with our label when it is possible for them to release it. Hopefully it will be released before the end of the year.


Hər şey aydındır.Ümid edirəm ki,elə özlərinin də istədikləri kimi uzağı bu ilin sonunacan eşidərik yeni albomlarını da.Şəxsən özüm səbirsizliklə gözləyirəm.


--------------------



Empty Soul..Ω..ılılılılılılılı


Go to the top of the page
 
+Quote Post
Realium
ismarış 24.05.2009, 00:21
İsmarış #4


°•°•..Realium Utopik..•°•°
Qrupun ikonu

Qrup: Administrator
İsmarışlar: 1,602
Qeydiyyat: 14.08.2008
Ünvan: Violet_Etopia
İstifadəçi ¹: 78


Oo, əla, qrup haqqında bundan yaxşı xəbər ola bilməz. Səbirsizliklə yeni relizlərini gözləyəcəyəm. Qrupla ən azından, bu forum sayəsində məni tanış etdiyin üçün çox təşəkkür!


--------------------
Go to the top of the page
 
+Quote Post
Discouraged Ones
ismarış 19.01.2010, 14:31
İsmarış #5


Forumun Sevimlisi
****

Qrup: Nəzarətçi
İsmarışlar: 253
Qeydiyyat: 15.07.2008
Ünvan: %%%%
İstifadəçi ¹: 40


Azsaylı dağıdıcı, nadir qruplardan birisidir funeral doom`da Remembrance...

Çox güclü, vəhiməli, əzabverici, yorucu bir səs - Matthieu Sachs,
Qısaca olaraq, səssiz bağırma - Carline Van Roos..


Silencing The Moments..

Adamın tükləri biz-biz saxlayan dərin melanxolik hisslərlə dolu albom... Elə birinci dəqiqəsindən... Eyniadlı mahnı isə xüsusi ilə dəhşətdir.. Və sonuncu mahnı - One Reckless Sleep.. Və yuxu bitdi mənim üçün...

Frail Visions...

Üzücü bir atmosferə malik, əsl funeral doom albomlarından biridir... Super gitar riffləri ilə dolu bir şedevr ( Super deyərkən əsl funeral doom nəzərdə tuturam ).. Bu albomda isə Your Insignificance mənim üçün dəhşətli saniyələrdir...

Bu qrup haqqında nə qədər danışsan da, bitməz... Hələ sözlərə heç toxunmuram da..

Uzun sözün qısası, Funeral Doom yaradan ən güclü qruplarından biridir... Və mənim ən sevimli qruplarımın içindədir..

Heyf hələ indi mövzunu görürəm...
Bu da şedevrlərin coverləri...
Silencing The Moments... ( Empty daxil edən link artıq ölüb smile.gif.. Mən də yenidən upload etdim )
Frail Visions
Go to the top of the page
 
+Quote Post
Fawistka
ismarış 19.01.2010, 15:27
İsmarış #6


Forumun Sevimlisi
****

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 280
Qeydiyyat: 26.07.2009
Ünvan: Meteora's heart..
İstifadəçi ¹: 809


Emptynin yerləşdirdiyi linklər norm işləyir,ama səninkilər ölüb deyəsən,açanda gəşəng gəşəng şriftlər çıxır)
qrupa qaldıqda isə funeral doom-la aram heç yaxşı deyil,ama bu qrupu da şans verim)mahnı yüklənib qutarsa fikrimi bildirərəm.. unsure.gif These Hallways Are Eternal-yükləməyə bundan başladım,maraqlı gəldi..


--------------------
Sağdakı fikir səhfdir,soldakı fikir düzdür...
Go to the top of the page
 
+Quote Post
Empty
ismarış 19.01.2010, 21:27
İsmarış #7


#.. д!`L`xoR ..
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 661
Qeydiyyat: 10.07.2008
Ünvan: Haralarsa..
İstifadəçi ¹: 30


Mövzuya əl gəzdirmək qərarına gəldim. Linkləri və bəzi şeyləri təzələdim.

Artıq bir müddətdir ki, qrupda yeni sima var. O, zərbçi Norman Müller`dir. Normanla birlikdə qrup artıq 3cü albomlarını təqdim etmək ərəfəsindədir. Pərəstişkarları tərəfindən böyük səbirsizliklə gözlənilən yeni albom, ilin ən yaxşı albomlarından biri olmaq adına çox iddialıdır, üzvlərin dediyinə əsaslanaraq.





--------------------



Empty Soul..Ω..ılılılılılılılı


Go to the top of the page
 
+Quote Post
In bad Mood
ismarış 20.01.2010, 02:05
İsmarış #8


..Morphianka..
Qrupun ikonu

Qrup: Global Nəzarətçi
İsmarışlar: 543
Qeydiyyat: 29.07.2008
İstifadəçi ¹: 62


Dinlədiyim ən depressiv, ən ağır və bədbin hissləri musiqiyə çevirib dinləyiciyə yaşadan sevimli qruplarımdandır..
"Silencing the Moments" - sadəcə dəhşət!.. Bütün fikirləri atıb da yeni və hisslərlə "doldurur" insanı sanki. "Eternal Disease" da həmçinin mütləq qeyd olunası ifadır.
Hmm.. Dəyişiklik? Xeyrlərinə olacağı ümidilə.. Bizə isə ç(o)x böyük səbirsizliklə yeni albomlarını gözləmək qalır.. )


--------------------

Начало и конец - выдуманные слова для выдуманного понятия времени, плод тщеславного сознания амебы, не желающего раствориться в чем-то более великом.
Go to the top of the page
 
+Quote Post
Discouraged Ones
ismarış 21.01.2010, 15:20
İsmarış #9


Forumun Sevimlisi
****

Qrup: Nəzarətçi
İsmarışlar: 253
Qeydiyyat: 15.07.2008
Ünvan: %%%%
İstifadəçi ¹: 40


Sitat(Fawistka @ 19.01.2010, 15:27) *
Emptynin yerləşdirdiyi linklər norm işləyir,ama səninkilər ölüb deyəsən,açanda gəşəng gəşəng şriftlər çıxır)
qrupa qaldıqda isə funeral doom-la aram heç yaxşı deyil,ama bu qrupu da şans verim)mahnı yüklənib qutarsa fikrimi bildirərəm.. unsure.gif These Hallways Are Eternal-yükləməyə bundan başladım,maraqlı gəldi..


Linklərin hər ikisi də işləyir...
Endir.az`dan daha rahat yükləmək üçün, link`i copy edib, istənilən download manager`ə yapışdırmaq kifayətdir.. smile.gif
Və ya başqa browserlə bir daha linklərə daxil olun...
Go to the top of the page
 
+Quote Post
Fawistka
ismarış 21.01.2010, 21:33
İsmarış #10


Forumun Sevimlisi
****

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 280
Qeydiyyat: 26.07.2009
Ünvan: Meteora's heart..
İstifadəçi ¹: 809


Rock_666 Thanks)
dəhşətli pessimizmdən həzz almaq mənlik olmadı) funeraldan 1 dəfəlik əlimi üzürəm..


--------------------
Sağdakı fikir səhfdir,soldakı fikir düzdür...
Go to the top of the page
 
+Quote Post
Owl
ismarış 23.01.2010, 05:45
İsmarış #11


Başlayanlar
**

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 15
Qeydiyyat: 22.07.2009
Ünvan: Misty Dreams
İstifadəçi ¹: 803


"Silencing The Moments".... Hələ girişindəki piano, qarşıdakı dəqiqələrdə bütün daxilinin laqeydliklə örtülü yorğun nifrətlə dolacağından xəbər verir.... Groul başlayanda isə, həmin nifrət alovlanır amma məcbur edir ki, sakitcə qulaq asasan.. Ya da tabe edir.. 11 dəq'lik qısa müddətdə bundan artıq hansı həzzi istəmək olar ki? Qadın vokalını çox hallarda xoşlamasam da, Carline'in vokalı xoşagələndir...
Go to the top of the page
 
+Quote Post
Discouraged Ones
ismarış 19.02.2010, 19:54
İsmarış #12


Forumun Sevimlisi
****

Qrup: Nəzarətçi
İsmarışlar: 253
Qeydiyyat: 15.07.2008
Ünvan: %%%%
İstifadəçi ¹: 40


Artıq yeni albom haqda məlumatlar var...

Fall, Obsidian Night



Aprel ayının 2si Firedoom Records`da yeni albom hazır olacaq...

Tracklist:

01. Ageless Fever
02. Stone Mirrors
03. The Omen
04. Our Memories are Made of Stones
05. Ice Cold Conscience
06. Winter Tides
07. Obsidian


Cəmi: 52:00

İsmarışda düzəlişlər etdi: Discouraged Ones - 19.02.2010, 20:00
Go to the top of the page
 
+Quote Post

Reply to this topicStart new topic

1 istifadəçi bu mövzunu oxuyur (qonaqlar: 1, gizli istifadəçilər: 0)
İstifadəçilər: 0
 

RSS Yalnız mətn şəklində İndi: 07.09.2010 - 15:48
Forum designed by DarKPLuS Style designed by KannibaL
Azərbaycan dilinə tərcümə : BNM
Bira DarksitesThe ultimate MetalToplist