IPB

Qonaq, sizi xoş gördük ( Giriş | Qeydiyyat )

Forum Qaydaları

D. İstifadəçilərin Nəzarətçilərdən şikayəti.
1. Forumda Administratorun heç bir addımı müzakirə olunmur. Nəzarətçilərə şikayətinizi Rok.Az Forum » Sayta təklifləriniz və iradlarınız » Nəzarətçilər haqqında şikayət bölməsində bildirə bilərsiniz, Nəzarətçinin səhvini tam aydın şəkildə yazmalısınız. Əgər qaydalara zidd şikayət bildirilibsə, həmin istifadəçiyə 20% töhmət veriləcəkdir. Xatırlatmaq istərdim ki, 100% Töhməti olan şəxs avtomatik ban alacaqdır.

Rok.Az İdarə Heyəti

Collapse

> Azeri Rock Elanlar

Son Elanlar!
Elan 1 Qaydalar Yeniləndi ! Hamı oxusun !
http://www.rok.az/forum/index.php?showtopic=2
Elan 2
adiniz@rok.az kimi mail istəyirsinizsə
Elan 3 "DARK LINE - UNDERGROUND"-un son konsertindən EKSKLÜZİV VİDEOLAR!.
http://www.rok.az/forum/index.php?showtopic=2080

> Qaydalar!

Konkret olaraq dini müzakirələrin aparılması üçün nəzərdə tutulan bu bölmədən başqa digər mövzularda dinlə bağlı hər cür yazı qadağandır. Dini mövzuların müzakirəsində isə kiminsə inancını təhqir etmək, dini təbliğat aparmaq, inancsızların fikirlərinə hörmətsizlik etmək qəti qadağandır! Bu mövzuda istifadəçiyə bir dəfə xəbərdarlıq olunacaq, eyni hal yenidən təkrarlanarsa həmin istifadəçinin
hesabı bağlanılacaq.

> İslam Dini
Chester
ismarış 25.01.2009, 22:50
İsmarış #1


Forumun Sevimlisi
Qrupun ikonu

Qrup: Rok.Az V.I.P
İsmarışlar: 295
Qeydiyyat: 04.07.2008
İstifadəçi ¹: 5


İslam


İslam təkallahlı dinlərdən biridir. Ərəbcədən tərcüməsi - Təslimiyyat, Allaha təslim olmaqdır.
Dünyada təqribən 1 mlrd-dan artıq müsəlman yaşayır. Bunlardan 150 mln nəfəri ərəbdir. Dünyanın 120-dən artıq ölkəsində müsəlman icmaları mövcuddur. 40-a qədər ölkələrdə müsəlmanlar ölkənin əhalisinin yarısından çoxunu, digər dövlətlərdə isə nüfuzlu azlıq təşkil edir. Onun ardıcılları Yaxın Şərqin (Türkiyə, Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya), Orta Şərqin (İran, Əfqanıstan, Pakistan), Məqribin (Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya), İndoneziyanın, Malayziyanın, Bruneyin əhalisinin əksəriyyətini təşkil edir. Bundan başqa müsəlmanlar Çində, Hindistanda, Həbəşistanda, Albaniyada, keçmiş Yuqoslaviyada, Nigeriyada, Bolqarıstanda və başqa ölkələrdə yaşayırlar.
İslamın əsas ehkamı - tək həqiqi ilahinin - Allahın tanınmasıdır. Allah bütün mövcudatın yaradıcısı, bütün insanların ali-hökmdarı hesab olunur.
Müsəlmanlar hər gün namaz qılmalı, oruc tutmalı və ömürlərində heç olmasa bir dəfə həccə getməlidirlər. Bundan başqa müsəlman zəkat verməli və sədəqə paylamalıdır.

İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) meydana gəlib. İslamın zühuru ərəblərdə sinfi cəmiyyətin, dövlətin əmələ gəlməsi ilə əlaqədar idi. İslamın qurucusu bütün müsəlmanlar tərəfindən Allahın Elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasının nümayəndəsi Məhəmməd peyğəmbər (ə.s) dir. Məhəmməd peyğəmbər (ə.s.) tarixi şəxsiyyətdir.

İbtidai İslam nəzəriyyəsi İudaizmin və Xristianlığın təsiri altında formalaşmışdır. İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allah kəlamı, ilahi vəhy hesab olunur.
İslam öz növbəsində bir neçə təriqətlərə bölünür, onlarda ən böyukləri Sünnülük və Şiəlik


İsmarışda düzəlişlər etdi: Chester - 25.01.2009, 22:53


--------------------




Go to the top of the page
 
+Quote Post
7 səhifə V  « < 5 6 7  
Start new topic
Cavablar (120 - 139)
Funeral For Me
ismarış 11.06.2009, 21:44
İsmarış #121


PUNK
***

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 160
Qeydiyyat: 11.08.2008
Ünvan: Antarktida...
İstifadəçi ¹: 71


Beqere 39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.
81. Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
206. Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
Chester,,indi man da bu ajeleri oz bawa duwdujum kimi izah elijim..Adabi galacalar dijende jegin Allah bawqa wej nezerde tutur,,Jeni bir az dojecejler sora vse,,Ha??eledi??
Jaxud gunahkarrarin jeri cehennemdi dijende jegin Allah Afrikani ja da Antarktidani nezerde tutur,,ha??eledi??


--------------------
R.I.P Sid Viscious..R.I.P Kurt Cobain
R.I.P Jim Morrison.........

Солдат шел по улице домой
И увидел этих ребят.
"Кто ваша мама, ребята?" -
Спросил у ребят солдат.

Мама - Анархия,
Папа - стакан портвейна
Go to the top of the page
 
+Quote Post
Chester
ismarış 15.06.2009, 10:44
İsmarış #122


Forumun Sevimlisi
Qrupun ikonu

Qrup: Rok.Az V.I.P
İsmarışlar: 295
Qeydiyyat: 04.07.2008
İstifadəçi ¹: 5


Ok Rockville,
Yəqin sən artıq hər şeyi anlayıb dərk etmisən bu dünyada. Səmimiyyətinə görə təşəkkür!

FFM,
Mən bunların mənasını özümə görə kifayət qədər yaxşı dərk edirəm. Əgər həqiqi mənaları görmək istəyirsənsə, özün cəhd elə. İstəmirsənsə, onda lağa qoymağa şey çoxdu, əvvəlcə öz qüsurlarımıza baxaq, nəinki Allahın Yazılarında qüsur axtaraq.


--------------------




Go to the top of the page
 
+Quote Post
qamer
ismarış 27.07.2009, 14:31
İsmarış #123


Başlayanlar
**

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 23
Qeydiyyat: 04.04.2009
İstifadəçi ¹: 613


Men bu sohbete turkler demisken basqa bir bakis acisi getirmek isteyirem. Gelin her seye ehtimal nezeriyesinen baxaq. Ehtimal nezeriyyesine gore eger bir hadisenin bas ver me ehtimali 44000000 birve ya bundan azdisa bu hadise ola bilmez ve ya oz ozune ola bilmez. Artiq ozunuz dusunun bu qeder kainatin oz ozune yaranma ehtimali nedir. Tam yadimda deyil amma bir molekuln yaranma ehtimali 2 000 000 bir idi deyesen.. neyse bele bele seyler...bosuna ozunuzu yormayin inam insanin icinde olan seydir gormek isteyen gorur istemeyen gormur..
Go to the top of the page
 
+Quote Post
Alice_in_chains
ismarış 27.07.2009, 15:21
İsmarış #124


Grunge
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 924
Qeydiyyat: 23.07.2008
Ünvan: Living in my own grungy world
İstifadəçi ¹: 52


gamer,insanin bir sheye inanmasi hemin sheyin varligini subut elemir)


--------------------
So glad to see you have overcome them...

Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 27.07.2009, 15:47
İsmarış #125


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


SİTAT
Gelin her seye ehtimal nezeriyesinen baxaq


SİTAT
bosuna ozunuzu yormayin inam insanin icinde olan seydir gormek isteyen gorur istemeyen gormur..


Bəs insanın içində inamın olması ehtimalı nə qədərdi? Yəqin Cəbrdən 5 alırsan məktəbdə.



Go to the top of the page
 
+Quote Post
Gilmour
ismarış 27.07.2009, 15:53
İsmarış #126


Revolution
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 754
Qeydiyyat: 01.10.2008
Ünvan: xaoslandiya
İstifadəçi ¹: 203


ehtimal nezeriyesine nifret edirem..
kainatin oz-ozune yaranma ehtimali ne demekdir?
bes kainatin oz-ozune yaranmamasi ehtimali ne qederdir?


--------------------
life fucks all of us, nobody dies virgin

Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 27.07.2009, 16:04
İsmarış #127


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


Kainat ehtimal nəzəriyyəsinin nəticəsi deyile,nə də ehtimal nəzəriyyəsinin tətbiq olunacaq obyekt deyil.Kainat varsa,demək o zərurətdi,burda ehtimaldan danışmaq gülməlidi.Ehtimal nəzəriyyəsi baş verəcək hadisənin mümkünlüyünü araşdırır,Kainatın yaranması isə baş verib,yəni bu baş verməsi mümkün olan hadisədi.

Gamer,sənin Dialektikadan xəbərin var?

Go to the top of the page
 
+Quote Post
Chester
ismarış 30.07.2009, 23:19
İsmarış #128


Forumun Sevimlisi
Qrupun ikonu

Qrup: Rok.Az V.I.P
İsmarışlar: 295
Qeydiyyat: 04.07.2008
İstifadəçi ¹: 5


Bundan başqa inanc varsa, bu o demək deyil ki, inanılan mövcudluqdur . Bu mövcud olmaya da bilər. Və ya mövcud olar, amma insanın duyğu orqanları tərəfindən dərk olunmayan ola bilər. Bir sözlə, inanc sırf maddi bir şeylə məhdudlaşmır.

İnanc hamıda var, əsas odu ki, insan olasan. Yaxşı insanlar tərəfindən bəyənilən yaxşı bir insan...


--------------------




Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 31.07.2009, 00:00
İsmarış #129


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


SİTAT
nanc hamıda var, əsas odu ki, insan olasan. Yaxşı insanlar tərəfindən bəyənilən yaxşı bir insan..


"İnanc hamıda var" deyilən bir şey yoxdu,insan anadan olanda inancsız doğulur,ancaq bioloji varlıq kimi doğulur,əlləri,ayaqları,başı olur,inancı yox.Əgər insan meşədə doğulursa o heç vaxt əlini göyə qaldırıb allaha yalvarmır,çünki hələ heç kim ona göydə allah var demiyib,o heç vaxt məhəmmədin,isanın,musanın adını çəkmir,çünki ona heç kim hələ danışmağı oyrətmiyib,çünki o hələ heç bir inanc siteminin-dinin təbliğatına baş əymiyib,heç kim hələ onu qılıncla hədələyib islamı qəbul etdirməyib.Əgər sən antik İnk,Mayya sivilizasiyasında doğulsaydın dağın başındakı CuvCuv-a inanacaqdın,əgər yunan sivilizasiyasında doğulsaydın Zevsə inanacaqdın,əgər sən 5 yaşında bir uşaq olsaydın,yalan danışanda burnu uzanan buratinoya,uçan xalçaya,7 başlı əjdəhaya inanacaqdın...

Sənin islam tanrısını seçib inanmaq üçün xüsusi bir səbəbin yoxdu,sadəcə Şans əsəri sənin də digərləri kimi Azərbaycanda-müsəlman ətrafına anadan olub böyüməyindi,amerikada anadan olsaydın xristian olardın,Hindistanda olsaydın buddist olardın.

Bütün bunlarla sənə çatdırmaq istiyirəm ki,heç də inanc hamıda olmalı olan obyektiv gerçəklik deyil,tam bir sosial hadisədi..Sosial hadisə.

Go to the top of the page
 
+Quote Post
Chester
ismarış 31.07.2009, 17:50
İsmarış #130


Forumun Sevimlisi
Qrupun ikonu

Qrup: Rok.Az V.I.P
İsmarışlar: 295
Qeydiyyat: 04.07.2008
İstifadəçi ¹: 5


Mən insan doğulanda necə olurdan danışmadım. Sonradan formalaşan inancdan danışdım. İnanc həmişə sırf dini olmaya da bilər.
SİTAT
Əgər insan meşədə doğulursa o heç vaxt əlini göyə qaldırıb allaha yalvarmır,çünki hələ heç kim ona göydə allah var demiyib

Bəlkə bunu etməz, amma içindəki boşluğu hiss edib, bunun əvəzində bir şey edəcəyi mütləqdir smile.gif
Bundan başqa, kim dedi ki, Allah göydədir? Bu sadəcə insanların düşüncəsidir. Allah zaman və məkan anlayışlarının fövqündədir. Sadəcə bəlkə də insanların Onun uca olduğunu hiss edərək, başlarını həmişə göyə doğru tuturlar, Allaha üz tutanda.

"Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!" (Bəqərə,115)
SİTAT
Əgər sən antik İnk,Mayya sivilizasiyasında doğulsaydın dağın başındakı CuvCuv-a inanacaqdın,əgər yunan sivilizasiyasında doğulsaydın Zevsə inanacaqdın,əgər sən 5 yaşında bir uşaq olsaydın,yalan danışanda burnu uzanan buratinoya,uçan xalçaya,7 başlı əjdəhaya inanacaqdın.

Bəlkə hə, bəlkə də yox. Bildiyim bir şey var ki, xüsusilə insanlar arasında əlaqənin çox zəif olduğu qədim dövrlərdə peyğəmbərlər bəlkə də hər qəbiləyə göndərilirdi. Bir sözlə, insanlar hər dövrdə haqqla da qarşılaşıblar, batillə də. Kim ancaq batillə qarşılaşıb və ona inanıbsa, həyatını ziyanlı şeylərə həsr edib və onu doğrunu göstərən olmayıbsa, bu bir həqiqətdir ki, Allah rəhmli və günahları bağışlayandır. Düzə yönəldilməmiş insanların əməli hesabata çəkilməz.

SİTAT
Sənin islam tanrısını seçib inanmaq üçün xüsusi bir səbəbin yoxdu,sadəcə Şans əsəri sənin də digərləri kimi Azərbaycanda-müsəlman ətrafına anadan olub böyüməyindi,amerikada anadan olsaydın xristian olardın,Hindistanda olsaydın buddist olardın.

Maraqlısı da burasıdı ki, mən sürü psixologiyası ilə gedib İslamdan yapışmamışam. Dövrümün tələblərini ödəyən Dini axtarmışam. İndi isə bəhaiyəm. Bir sözlə həqiqəti axtarmışam, təkəbbürlülük edib asanın dalınca qaçmamışam. Düz deyirsən ki, kim harda doğulursa, oranın da inancını seçir. Bu da insanların səhvidir. Haqq olan bir şey ola bilər, amma o əraziyə görə ölçülmür. İnsan gərək ata-baba inancını tutub getməsin. Ən haqq olan nədirsə, onu tutsun.

SİTAT
Bütün bunlarla sənə çatdırmaq istiyirəm ki,heç də inanc hamıda olmalı olan obyektiv gerçəklik deyil,tam bir sosial hadisədi..Sosial hadisə.

İstənilən yetkinlik yaşına çatmış insanın inancı vardır. Bu dini və ya sadəcə mövhumat ola bilər. Təbiət və onda olanlarla bağlı ola bilər, öz psixologiyasında yaratdığı şəxsi sistem ola bilər, çox şey ola bilər.



--------------------




Go to the top of the page
 
+Quote Post
NS/PAGAN
ismarış 09.08.2009, 01:22
İsmarış #131


İstifadəçi
****

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 488
Qeydiyyat: 09.04.2009
Ünvan: Mərkəzi Oğuz Torpaqları
İstifadəçi ¹: 621


debat.az saytında maraqlı bir yazı ilə rastlaşmışam.Əminəm ki buna hətta islamın yaradıcıs belə cavab verə bilməzdi!

Allahın(İslamdakı) riyazi xətası!
ən-Nisa ( Qadınlar ) surəsi(4)11.
Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

ən-Nisa ( Qadınlar ) surəsi(4) 12.
(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!

İndi Allahın buyurduğu bu üsulla hesabımızı edək:
Üç qız övlada mirasın 2/3-si, ana və atanın hər birinə 1/6, arvadına isə 1/8 hissə.
Hesabımız:

(2/3)+(1/6)+(1/6)+(1/8 )= 27/24 = 1,125

Cavab isə 1 olmalıdır!
Məlum olan bu xətanı müsəlmanlar 100 cürə oyunla ört-basdır eləməyə çalışsalar da heç bir nəticəsi olmayıb.
Hələ mən bu bölgünün müasir dövrün insan hüququyla ayaqlaşmamasından danışmıram, çünki ola bilər belə bir bölgü kimlərinsə ürəyincədir, ona görə də sosial tərəfi bir yana, ancaq bunun riyazi tərəfi, riyaziyyat isə ən dəqiq elmdir.

1+1=3 heç vaxt ola bilməz..

Hə, indi nə deyirsiz?

7 günə mükəmməl dünyanı yaradan Allah adi bir kəsr hesabını bacarmır?

Mənim fikrimi soruşsanız əlbəttə "islam tarixi"ndən xəbəri olanlara məlumdur ki muhammed riyazi biliyi çox zəif olan bir siyasətçi idi. Ona görə mən buna Quranda rast gələndə, indi bir müsəlmanın bunu görüb təəccübləndiyi qədər təəccüblənməmişdim.


--------------------
Millətimi söyənlər,

1.Əvvəla sizə qanuni olaraq  cinayət məcəlləsi ilə iş düşür.

2.Kim nə etsədə bu milletdən acığı gəlsədə əksəri Azərbaycanlılar olan bir forumda Azərbaycanlıları söyməyə,təhqir etməyə haqqı çatmır.Heç nə heç vaxt cavabsız ,əvəzsiz qalmır bu milləti özünə qaytarmaq ,maarfiləndirmək  yolunda daim atdığımız addımlar kimi.Heç bir hakimiyyət heç bir krallıq daimi deyl,diktatorların da aqibəti eyni olur.

Bu millət uğrunda Hüseyn cavid ,Almas ildırım,M.Ə.Sabir  kimilər mübarizə apardıqca ,bu millət uğrunda qanlar axıdıldıqca,canlar fəda edildikcə heç bir əziyyət yerdə qalmayacaq.

Azərbaycan xalqına tüpürüm deyənlər,siz  Azərbaycan xalqının, sizin kimilərin gələcəyi üçün çalışanların ,bizim Azərbaycan xalqının övladları olan görkəmli şəxslərimizin tozu belə ola bilməzsiniz!

Heç nə heç vaxt cavabsız qalmır .Sadəcə hər şeyin öz vaxtı var






                                        

           


Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 09.08.2009, 23:44
İsmarış #132


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


Görəsən kim yerləşdirib bu yazını biggrin.gif

NS,quranda cavabı verilməyəcək dərəcədə utandırıcı olan sual tək bu deyil,sadəcə bu cavaba yer qoymayan,müsəlmanları susmağa vadar edəən bir məqamdı.

Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 10.08.2009, 18:17
İsmarış #133


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


SİTAT
Allahın(İslamdakı) riyazi xətası!


NS,müəllif hüquqlarını pozmusan,mətndə dəyişiklik etmisən,mən orda mötərizədə (islamdakı) şəkildə yazmamışdım. biggrin.gif

Bunu başa düşməyənlər üçün elədiyini bilirəm,ancaq onsuzda bu yazı Allah və Tanrı arasındakı fərqi başa düşməyənlər üçün deyil.

Go to the top of the page
 
+Quote Post
ROCKnROLLA
ismarış 18.08.2009, 11:23
İsmarış #134


a CITIZEN of SIN CITY
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 512
Qeydiyyat: 07.12.2008
Ünvan: Baki
İstifadəçi ¹: 415


Yapon alimleri arisdirma apariblar ki <en mukkel din islam dinidir>
Suya- Azan ve quran sesini verende suyun malekullari muyyen sira ile duzulurler

Go to the top of the page
 
+Quote Post
Discouraged Ones
ismarış 18.08.2009, 11:28
İsmarış #135


Forumun Sevimlisi
****

Qrup: Nəzarətçi
İsmarışlar: 253
Qeydiyyat: 15.07.2008
Ünvan: %%%%
İstifadəçi ¹: 40


SİTAT (ROCKnROLLA @ 18.08.2009, 12:32) *
Yapon alimleri arisdirma apariblar ki <en mukkel din islam dinidir>
Suya- Azan ve quran sesini verende suyun malekullari muyyen sira ile duzulurler


Bəli doğrudur... smile.gif
BU MÖVZUDA ətraflı yamışam bu haqda
Go to the top of the page
 
+Quote Post
Boxx
ismarış 29.08.2009, 22:50
İsmarış #136


Başlayanlar
**

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 42
Qeydiyyat: 29.08.2009
İstifadəçi ¹: 880


İçərisində həm dahiyanə fikirlər, misli görünməmiş gözəlliklər həm də cahilliklər və yalanlar olan bu dinin gözəl fəlsəfi tərəfləri də var mənasız kifir tərəfləri də..

Ümumilikdə götürsək gözəl dindir İslam dini amma bugün müsəlmanların əksəriyyəti öz dinlərinin az-maz amma çox dahiyanə gözəl olan tərəflərini unudub, bu dini nə günə salıblar... biznes, cahillik və cəmiyyətə qarşı "промывание мозгов" aləti halına gətiriblər... amma yenə də digər dinlərlə müqayisədə İslamın mənəviyyatı və fəlsəfəsi dərindir.. respect..


--------------------
Min illərdir ölə-ölə,
Ölüm nədir bilə-bilə,
Doğulursa insan hələ -
İnsan Allahdan böyükdür!

Ramiz Rövşən
Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 30.08.2009, 17:02
İsmarış #137


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


Bütün dinlərin içərisində dahiyanə fikirlər var,hər bir din,islam daxil olmaqla,yaradılarkən özünə qədərki insan cəmiyyətinin nailiyyətlərini,mədəniyyətini,etik normalarını,elmini,tarixini...bir sözlə,özünə qədərki "düşüncə tarixi"ni əsas götürərək yaradılır.Mahiyyətcə hamısı eynidir,tanrı ilə insan arasında vasitə qurmaq,ancaq hərəsinin təqdim etdiyi Tanrı anlayışı və insan çox fərqli xüsusiyyətlərə malikdir.Səbəbi,hər bir dinin yarandığı cəmiyyətin məhsulu olmasıdır,hər bir din öz cəmiyyətinin inikasıdır və hər bir dinin müxtəlif insan cəmiyyətində yaranmasıdır.6-cı əsrdə yazılmış bir kitabın içərisində insanlara "yaxşı insan olmaq" ,"oxumaq,elm öyrənmək" ideyasını aşılamasının misligörünməz fəlsəfə kimi dəyərləndirilməsi də dinlərin insan üzərindəki dogmatik təsəvvür yaratmasından irəli gəlir.Ancaq,eramızdan əvvəl 4-cü əsrdə,islamın müqəddəs kitabı quran nazil olmazdan 1000 il əvvəl,Aristotel "məntiq","etika","incəsənət","siyasət"... kitablar yazdığını,Demokritin atom nəzəriyyəsinin əsasını qoyduğunu,Hippokratın insan anatomiyasının...və s. kimi elmi nailiyyətləri nəzərə alsaq,insanın düşüncə tarixində dinlərin fəlsəfəsinin "cəmiyyətin ümumi kütləvi düşüncəsinin" zirvəsi olduğunu,ancaq "düşüncə tarixinin zirvəsindən" çox geri qaldığını,ayaqlaşmadığını görərik.

Həmçinin,bizim tariximizə zamanca daha yaxın olan dinin zamanca daha uzaq olan dindən mükəmməl olması da adi təbii-bioloji-sosial haldır.

Tövrat: - 1000
İncil: 0000
Quran:+ 640

Bu 3 din semit dinlərdi,yəni,dinlər ailəsində eyni ailənin üzvləridi,tövrat-incil və quranın böyük qardaşıdı,incil və quran,tövratın əsasında yaranıb,təəccüblü deyil ki,bu 3 dinin ortaq olduğu müəyyən nağıllar hekayələr var.Sonrakı özündən əvvəlkinin təkminləşmiş formasıdır,ancaq bütün müqəddəs kitablarda bu dinin "dünyəvi" olması deyilir.Halbuki,cəmiyyətin düşüncəsi dəyişdikcə,dinlər də yenilənməyə məcbur qalır,necəki,Microsoftun PClər üçün upgrade olunmuş versiyalar təqdim etdiyi kimi

MS-DOS
Win3.1
Win95
WinXP
WinVista


Ancaq,oxuduğum,maraqlandığım-musəvilik,xaçpərəstlik,buddizm və hinduizm dinlərindən heç birinin müqəddəs kitablarında islamdakı şiddətin mislinə rast gəlmədim,bunun da məlum səbəbi,islamın ərəblərin xilafəti qurmaq üçün hərbi müharibələr apardığı dövrdəki cəmiyyətin şərtlərində meydana gəlməsidir.Heç bir dinin müqəddəs kitabında "insanları öldürün" fəlsəfəsi yoxdu,islamdan başqa:

Əl Bəqərə 178
"Ey iman gətirənlər!Qəsdən öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı.Azad şəxsi azad şəxsin,qulu qulun, qadını qadının əvəzinə öldürə bilərsiniz.Öldürülən şəxsin qardaşı tərəfindən (varisi) müəyyən bir şey bağışlanmış qatil ilə adətə görə yaxşı rəftar edilməlidir.Bağışlanmış qatil də xoşluqla qanbahası(diyə) verməlidir.Bu qisası qanbahası ilə əvəz etmək hökmü rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir.bundan sonra təcavüzkarlıq edən şəxsi şiddətli əzab gözləyir."

191. Onları (Məkkə kafirlərini) harada görsəniz öldürün.Sizi çıxartdıqları yerdən onları da çıxardın.Müşriklərin fitnəsi qətldən daha şiddətlidir.Onlar sizinlə Məscüdülhəram yaxınlığında vuruşmayınca siz də onlarla vuruşmayın!Əgər yolda sizinlə vuruşsalar, siz də onları öldürün.Kafirlərin cəzası ancaq budur.

216.Allahın düşmənlərinə qarşı vuruşmaq(cihad) sizin xoşunuza gəlmədiyi halda sizə vacib edildi.

244.Allah yolunda vuruşun və bilin ki allah eşidən və görəndir!

əl maidə 38
Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!



Go to the top of the page
 
+Quote Post
Boxx
ismarış 30.08.2009, 20:04
İsmarış #138


Başlayanlar
**

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 42
Qeydiyyat: 29.08.2009
İstifadəçi ¹: 880


SİTAT
MS-DOS
Win3.1
Win95
WinXP
WinVista


RockVilel çox gözəl yazıdır amma Windows Vienna (Win 7) yaddan çıxıb smile.gif))

SİTAT
Heç bir dinin müqəddəs kitabında "insanları öldürün" fəlsəfəsi yoxdu,islamdan başqa:






İsmarışda düzəlişlər etdi: In bad Mood - 30.08.2009, 23:45


--------------------
Min illərdir ölə-ölə,
Ölüm nədir bilə-bilə,
Doğulursa insan hələ -
İnsan Allahdan böyükdür!

Ramiz Rövşən
Go to the top of the page
 
+Quote Post
Rockville
ismarış 02.09.2009, 00:25
İsmarış #139


Pis!
***

Qrup: Aktiv İstifadəçi
İsmarışlar: 198
Qeydiyyat: 23.03.2009
İstifadəçi ¹: 587


Boxx,
Bu şəkillərə baxan kimi xristianlıq da gözümdən düşdü. biggrin.gif



Go to the top of the page
 
+Quote Post
Pasha
ismarış 13.02.2010, 21:41
İsmarış #140


Başlayanlar
**

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 19
Qeydiyyat: 20.04.2009
Ünvan: EV
İstifadəçi ¹: 641


Düzü hamısını oxuya bilmədim, ama əvvəldə olan bir şey deyəsən müzakirədən qaçıb, ona nəzər salmaq istədim.... quranda dağların yeri qoruduğu, bir sütün oldugu vurgulanır... Amma müasir cografiya elmindən xəbəri olan hər bir orta məktəb şagirdi ən çox zəlzələlərin daglar yerləşən yerdə ldugunu bilir.... yəni dağlar quranda deyilənin əksinə zəlzələlərin ən çx yayıldığı ərazilərdir, və tektnik və vulkanik cəhətdən ən aktiv zonalardır....
Sonra ozon təbəqəsi haqqında.... Alimlərin son artaşdırmalarına gorə ozon təbəqəsinə ən çox zərər verən ev heyvanları xüsusilə inəklərin artıq "qazlarıdı"... allahın hər şeyi ən uygun şəkildə yaratmaq sifəti oldugunu hamımız bilirik, şübhəsiz allah bir gün inəklərin bu təbəqəyə zərər verəcəyini bilirdi, ama elə bir təbəqə yarada bilmədi ki bunların qarşısında tab gətirə bilsin... Və bu hal onun hər şeyi ən uygun şəkildə yaratma sifətinə əksdi..


Hələlik bu qədər...
Go to the top of the page
 
+Quote Post

7 səhifə V  « < 5 6 7
Reply to this topicStart new topic

1 istifadəçi bu mövzunu oxuyur (qonaqlar: 1, gizli istifadəçilər: 0)
İstifadəçilər: 0
 

RSS Yalnız mətn şəklində İndi: 10.09.2010 - 00:39
Forum designed by DarKPLuS Style designed by KannibaL
Azərbaycan dilinə tərcümə : BNM
Bira DarksitesThe ultimate MetalToplist