IPB

Qonaq, sizi xoş gördük ( Giriş | Qeydiyyat )

Forum Qaydaları

D. İstifadəçilərin Nəzarətçilərdən şikayəti.
1. Forumda Administratorun heç bir addımı müzakirə olunmur. Nəzarətçilərə şikayətinizi Rok.Az Forum » Sayta təklifləriniz və iradlarınız » Nəzarətçilər haqqında şikayət bölməsində bildirə bilərsiniz, Nəzarətçinin səhvini tam aydın şəkildə yazmalısınız. Əgər qaydalara zidd şikayət bildirilibsə, həmin istifadəçiyə 20% töhmət veriləcəkdir. Xatırlatmaq istərdim ki, 100% Töhməti olan şəxs avtomatik ban alacaqdır.

Rok.Az İdarə Heyəti

Collapse

> Azeri Rock Elanlar

Son Elanlar!
Elan 1 Qaydalar Yeniləndi ! Hamı oxusun !
http://www.rok.az/forum/index.php?showtopic=2
Elan 2
adiniz@rok.az kimi mail istəyirsinizsə
Elan 3 "DARK LINE - UNDERGROUND"-un son konsertindən EKSKLÜZİV VİDEOLAR!.
http://www.rok.az/forum/index.php?showtopic=2080
> Eluveitie, Melodic Death Kelt Folk Metal
Realium
ismarış 11.03.2009, 01:57
İsmarış #1


°•°•..Realium Utopik..•°•°
Qrupun ikonu

Qrup: Administrator
İsmarışlar: 1,602
Qeydiyyat: 14.08.2008
Ünvan: Violet_Etopia
İstifadəçi ¹: 78


Eluveitie


Eluveitie – İsveçrədən olan rok qrupdur. Onların musiqilərini “Melodik Death Metal elemntləri olan Kelt folk-metalı” adlandırmaq olar. Qrup 2002-ci ildə formalaşdı, onların kiçik albomları olan “Vên” oktyabrda çıxdı. Sonra qrup həmin albomun tam formasını çıxardı – “Spirit”. 2007-ci ilin noyabrından onlar Nuclear Blast ilə əməkdaşlıq etməyə başladılar. İlk birlikdə işləri olan “Slania” albomu 2008-ci ildə işıq üzü gördü. Eluveitie-in ən böyük iki kozırı liberallıq, xalq çalğı alətlərinin gitara və Kristian Qlançmanın emosional vokalı ilə ahəngdarlığının yaradılması idi. Bundan əlavə, qrup üçün məhşur dillərdə deyil, məhz yer üzündən silinmiş qall dilində mahnı yazmaq çox asan idi. Eluveitie – bu ad İsveçrə mənbələrinə əsasən kelt qəbilələrindən birinin etrus dilində adıdır.

Qrupun tarixi:
Qrup 2001-2002-ci illərdə Kristian “Kriqel” tərəfindən studiya proyekti kimi hazırlanmışdır. Proyektin əsas məqsədi müxtəlif mahnıların müxtəlif insanlar tərəfindən yazılmasında idi. O biri ilin oktyabrında “Vên” (qall dilindən “vəhşi xoşbəxtlik” kimi tərcümə olunur) adlı mini albom çıxarlıdı. Daha sonra çoxsaylı xoş rəylərdən sonra Kriqel studiya proyekti əvəzinə əsl qrup yaratmağı qərara alaraq heyyətə daha 9 nəfər çağırdı və nəticədə 10 nəfərin iştirakı ilə bir qrup yarandı.

Bir az sonra Eluveitie holland səsyazma studiyası olan Fear Dark ilə müqavilə bağladı və hazır olan “Vên” albomu ilə 2004-cü ildə çıxış etməyə başladılar. Qrup müxtəlif tədbirlərdə, “Fear Dark Festivals”da, həmçinin, Korpiklaani və Cruachan qruplara dəstək kimi çıxış etməyə başladı. Qrup tez-tez öz üzvlərini dəyişdiyi üçün nəticədə 10 nəfərlik heyətdən cəmi 3 nəfər – Kristian Qlançman, Sevan Kirder və Meri Tadik ilə yoluna davam etdi. Qrupa yeni üzvlər çağırılmağa başlandı, onlardan biri isə bass gitarada ifa edən Sevanın qardaşı Rafi idi və nəticədə qrup üzvlərinin sayı 9-a çatdı.

2006-cı ildə alman-island qrupu olan Falkenbach-in məhdud sayda tiraja çıxarılan albomu buraxıldı. Həmin albomda Eluveitie-in “Vanadis” mahnısına kover də vardı.

2006-cı ildə qrupda yenidən heyət dəyişikliyi baş verdi. Anna Mörfini Sara Kiner əvəz etdi, qrup isə daha onlara skripkaçı Linda Sutterə ehtiyac olmadığını bəyan etdi və qrup 8 üzvlə qaldı.

2006-cı ilin 4-cü hissəsində isə Fear Dark leybılı altında Eluveitie-in yeni albomu olan “Spirit” işıq üzü gördü, sentyabrda isə alman kollektivi olan Odroerir ilə qrup Avropa turuna çıxdı. 2006-cı ilin sonunda Eluveitie alman səsyazma studiyası olan Twilight Records ilə müqavilə bağladı. 2007-ci ildə onlar Ragnarök Festival-da çıxış etdilər.

2007-ci ilin noyabrında Nuclear Blast leybılı ilə müvavilə bağladılar. Onların yeni albomları “Slania” (qadın adıdır, hansı ki, Kriqel bir dəfə 2500 illik məzar daşının üstündə görmüşdü) 15 fevral 2008-ci ildə işıq üzü gördü.

4 iyun 2008-ci ildə Rafi və Sevan Kirder qardaşları özlərinin myspace səhifələrində 2008-ci ildə Sloveniyada keçiriləcək “Metal Camp Open Air 8”dən sonra qrupu tərk edəcəklərini bəyan etdilər.

Eluveitie 2008-ci ildə “Evocation” adlı yeni proyektində 2 diskdə akustik ifa buraxılacağını dedi. Kriqel bəyan etdi ki, albomun akustik olmasına baxmayaraq orada əvvəlki işlərini xatırladan qrouldan istifadə olunacaq. Albomun birinci hissəsi olan “Evocation I: The Arcane Dominion” 2009-un aprelində işıq üzü görməlidir.

Qrupun hazırki üzvləri:

Xhrisitan (Chrigel) Glanzmann - vikal, мандолина, akustik gitara, vistl
Meri Tadic — skripka, vokal (“Vên”, “Spirit” və “Slania” mahnılarında)
Merlin Sutter — zərb (“Spirit” və "Slania” mahnılarında)
Siméon Koch — solo-gitara (“Spirit” və "Slania” mahnılarında)
Ivo Henzi — ritm-gitara ((“Spirit” və "Slania” mahnılarında)
Anna Murphy — təkərli lira (hardi-gardi), vokal ("Slania” mahnısında)
Kay Brem — bass-gitara
Päde Kistler — tuluq zurnası, vistl 

Diskoqrafiya:

Vên — 2003 (re-released in 2004)
Spirit — 2006
Slania — 2008
Live at Metalcamp — 2008
Evocation I — The Arcane Dominion — April 2009 (acoustic)
Evocation II — Visions (MCD) — 2009 (acoustic)


SpiritSlania albomları ilə yanaşı digər sinqılları da
B U R A D A N endirə bilərsiniz!

İsmarışda düzəlişlər etdi: AnathemA - 20.12.2009, 02:01


--------------------
Go to the top of the page
 
+Quote Post
2 səhifə V  < 1 2  
Start new topic
Cavablar (20 - 23)
In bad Mood
ismarış 25.10.2009, 00:52
İsmarış #21


..Morphianka..
Qrupun ikonu

Qrup: Global Nəzarətçi
İsmarışlar: 543
Qeydiyyat: 29.07.2008
İstifadəçi ¹: 62


MyBloodyRomance, Realium demiş, ikincini mütlq dinlə. Xüsusilə "İnis Mona", "Calling the Rain", "Tarvos". "Slania" daha güclü və maraqlıdır.. Üçüncü albomlarını sənə yazmamışam deyəsən, gələn dəfə verərəm biggrin.gif


--------------------

Начало и конец - выдуманные слова для выдуманного понятия времени, плод тщеславного сознания амебы, не желающего раствориться в чем-то более великом.
Go to the top of the page
 
+Quote Post
Realium
ismarış 25.10.2009, 14:18
İsmarış #22


°•°•..Realium Utopik..•°•°
Qrupun ikonu

Qrup: Administrator
İsmarışlar: 1,602
Qeydiyyat: 14.08.2008
Ünvan: Violet_Etopia
İstifadəçi ¹: 78


Millət, bu qrupun dinlənildiyini və tanındığını görmək mənə dəhşətli dərəcədə ləzzət edir, çünki bu mövzunu açanda maksimum 2-3 adamın Eluveitie-dən xəbəri olacağını düşünürdüm, celtic metal dinləyən kontingent hətta əhalinin rusdilli təbəqəsində belə azlıq təşkil edir. Bu yaxınlarda daha çox bu stildə olan qrupların mövzularını açmağa həvəs yarandı, imkan olduqca dinləməyə çalışın.

Onu da əlavə edim ki, sonuncu - "Evocation I The Arcane Dominion" albomları isə sırf kelt folk musiqisinin özülünü bəyənənlər üçün əla bir material yığımıdır. Metal elementləri bu albomda azaldılaraq, folk musiqisinə və yerli musiqi alətlərinə daha çox üstünlük verilib. Başqalarını bilmirəm, ancaq məndə həmin alboma qarşı kifayət qədər müsbət fikirlər formalaşdı. Çoxları metal hissəsinin azaldılmasına görə qrupdan üz döndərdi, lakin şəxsən özüm kelt xalq musiqisini dünyanın ən gözəl, ən melodik musiqisi hesab edirəm. Budur, "Evocation I The Arcane Dominion" isə tam bir nümunədir.


--------------------
Go to the top of the page
 
+Quote Post
mybloodyromance
ismarış 19.12.2009, 15:11
İsmarış #23


DEAD!
*****

Qrup: Nəzarətçi
İsmarışlar: 536
Qeydiyyat: 28.12.2008
Ünvan: Far Far Away From Here
İstifadəçi ¹: 437


Oqo...Nağıllarla dolu aləm yaratdı "Slania" da.Hər mahnı haqqında təəssüratımı yazardım,amma vaxtınızı almaq istəmirəm.
Sizdən fərqli olaraq ən sevdiyim mahnısı "Primordial Breath" oldu.Hər gün davamlı dinlədiyim mahnısı oldu,o qədər başıma girmişdi ki bu mahnı,hətta gecələr də mahnının başlanğıcında olan arı vızıltısına bənzər gitarası bir neçə gün yatmamışdan qabaq məni "narahat edirdi".Çox sevirəm bu ifanı.Arı məsələsi də deyəsən ancaq mənim qulağıma gəlir,ya da qulaqcıqların təsirindəndi ) Və əlbəttə ki, "İnis Mona"nı da bəyəndim.2.dəq 20. saniyəsini dəhşət həvəslə gözləyirəm.Çox önəmlidi bu hissə məninçün.Arada "he he heeey" deyən kişinin səsi gəlməsi biraz əsəbləşdirir məni ))) Kliplərini də bəyəndim,qrupun alətlərlə rəftarı göz oxşuyurdu. "Gray Sublime Archon" arxadakı xor dərnəyini də sevdim ) "Calling The Rain" isə albomda 3-cü ən çox bəyəndiyim oldu.Mahnının başlanğıcında artıq bilirsən nə tip mahnı olduğunu ) "Spirit"dən fərqli olaraq öz aləmimdə "maç-maç,maç-maç" adlandırdığım zərb alətinin səsi qulağıma dəymədi .2008-ci il albomuna isə ötəri baxdım,deyəsən təmiz folk tərzdədir.


İsmarışda düzəlişlər etdi: mybloodyromance - 19.12.2009, 15:16


--------------------
Up And Down Escalators...
Pennies And Colder Fountains...







Go to the top of the page
 
+Quote Post
Discouraged Ones
ismarış 18.02.2010, 20:07
İsmarış #24


Forumun Sevimlisi
****

Qrup: Nəzarətçi
İsmarışlar: 253
Qeydiyyat: 15.07.2008
Ünvan: %%%%
İstifadəçi ¹: 40


Qrupun yeni albomu bir necə saatdan sonra rəsmi şəkildə işıq üzü görmüş olacaq..
Lakin artıq yükləmək üçün keçidlər mövcuddur smile.gif







Artist: Eluveitie
Album: Everything Remains As It Never Was
Year: 2010
Genre: Folk Metal/Melodic Death Metal
Bitrate: MP3@320 kbps
Tracks: 13
Size: 110 mb

Tracklist:

01. Otherworld (1:57)
02. Everything Remains as it Never Was (4:25)
03. Thousandfold (3:20)
04. Nil (3:43)
05. The Essence of Ashes (4:00)
06. Isara (2:44)
07. Kingdom Come Undone (3:22)
08. Quoth the Raven (4:42)
09. (Do)Minion (5:08)
10. Setlon (2:37)
11. Sempiternal Embers (4:52)
12. Lugd'non (4:01)
13. The Liminal Passage (2:16)
******************************
Total playing time: 47:07


Sitat



MP3@VBR227kbps
Sitat
Go to the top of the page
 
+Quote Post

2 səhifə V  < 1 2
Reply to this topicStart new topic

1 istifadəçi bu mövzunu oxuyur (qonaqlar: 1, gizli istifadəçilər: 0)
İstifadəçilər: 0
 

RSS Yalnız mətn şəklində İndi: 07.09.2010 - 15:49
Forum designed by DarKPLuS Style designed by KannibaL
Azərbaycan dilinə tərcümə : BNM
Bira DarksitesThe ultimate MetalToplist