IPB

Qonaq, sizi xoş gördük ( Giriş | Qeydiyyat )

Forum Qaydaları

D. İstifadəçilərin Nəzarətçilərdən şikayəti.
1. Forumda Administratorun heç bir addımı müzakirə olunmur. Nəzarətçilərə şikayətinizi Rok.Az Forum » Sayta təklifləriniz və iradlarınız » Nəzarətçilər haqqında şikayət bölməsində bildirə bilərsiniz, Nəzarətçinin səhvini tam aydın şəkildə yazmalısınız. Əgər qaydalara zidd şikayət bildirilibsə, həmin istifadəçiyə 20% töhmət veriləcəkdir. Xatırlatmaq istərdim ki, 100% Töhməti olan şəxs avtomatik ban alacaqdır.

Rok.Az İdarə Heyəti

Collapse

> Azeri Rock Elanlar

Son Elanlar!
Elan 1 Qaydalar Yeniləndi ! Hamı oxusun !
http://www.rok.az/forum/index.php?showtopic=2
Elan 2
adiniz@rok.az kimi mail istəyirsinizsə
Elan 3 "DARK LINE - UNDERGROUND"-un son konsertindən EKSKLÜZİV VİDEOLAR!.
http://www.rok.az/forum/index.php?showtopic=2080
> Jack London, Cek London
ROCKnROLLA
ismarış 09.02.2010, 12:23
İsmarış #1


a CITIZEN of SIN CITY
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 512
Qeydiyyat: 07.12.2008
Ünvan: Baki
İstifadəçi ¹: 415


                                        Cek London     

               




Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar, 1876 - 22 noyabr, 1916) - Amerikalı yazıçı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi.

Həyatı

Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

Cek London çox kiçik yaşlarıdan ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlat oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.

London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayılərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.
Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda agrıkəcəsi qəbul edir.

Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.


Gənclik illəri

Gənc Cek London

Cek London San Fransiskoda-da anadan oldu.Doğulduğu ev 1906 San Fransisko zəlzələsi zamanı çıxan yanğın zamanı külə döndü.London işçi ailəsindən gəlirdi.Xüsusilə bölgə kitabxanasında kitablar oxuyaraq özünü yetişdirmişdir.1885-ci ildə Ouidada italyan bir kəndli uşağın cəmiyyətdə yüksəlişini anladan Siqnayı oxudu.Bu romandakı obraz ədəbiyyat sahəsində hədəflərinə çatması baxımından prototipi olacaqdı.

London 1989-cu ildə Hicmott konserv fabrikində gündə 12-18 saat işləməyə başladı.Bu ağır iş şəraitində canını qurtarmaq üçün borc pul ilə qayıq alaraq dənizçiliyə başladı.1893-cü ildə Yaponya sahillərində fok ovlamaq üçün səfərə çıxan dənizçilərə qoşuldu.Qayıtdıqdan sonra bir elektrik stansiyasında yenidən ağır şəraitdə işləməyə başladı.Bundan sonra işi buraxdı və Kelly-nin ordusuna qoşuldu.Beləliklə işsiz avarə həyat tərzi başlamış oldu.

1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilən London daha sonra Oaklanda geri qayıtdı və Oakland Litseyinə yazıldı.Burda "Aegis" məktəb jurnalında bəzi yazıları nəşr edildi.İk əsəri "yapon adalarında tayfun" dənizçilik təcrübələrinin bəhrəsidir.

Cek London ümidsizcə Berkeley Universitetinə girməyi arzu edirdi və 1896-cı ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bildi.Amma maddi problemlər səbəbi ilə 1897-ci ildə ayrılmağa məcbur oldu və diplom ala bilmədi.








Go to the top of the page
 
+Quote Post
 
Start new topic
Cavablar (1 - 3)
ROCKnROLLA
ismarış 09.02.2010, 12:28
İsmarış #2


a CITIZEN of SIN CITY
*****

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 512
Qeydiyyat: 07.12.2008
Ünvan: Baki
İstifadəçi ¹: 415


Əcdadların harayı , Ağ Diş -əsərlərini oxuyandan sonra heyvanları başa düşməyə başlamısam

Meksikalı- Gənc oğlan öz ölkəsində İnqilab elemək üçün Pul axtarır- BOKS-da

Ağır Əlcəklər- Qızın toyuna saatlar qalmış -Sevgilisi Boksda ölür- Təsirli idi
Go to the top of the page
 
+Quote Post
Monti
ismarış 12.02.2010, 15:52
İsmarış #3


Başlayanlar
**

Qrup: Yeni İstifadəçi
İsmarışlar: 11
Qeydiyyat: 17.08.2009
Ünvan: Baku,Nijni Montin
İstifadəçi ¹: 858


Onun cəmi 1 əsərini oxumuşam,o da ki, Martin İden.Ancaq dəyər,çünki,çox gözəl alınıb.
Go to the top of the page
 
+Quote Post
Darkplus
ismarış 14.02.2010, 23:43
İsmarış #4


MeLanchoLy
Qrupun ikonu

Qrup: Rok.Az V.I.P
İsmarışlar: 505
Qeydiyyat: 03.07.2008
Ünvan: 127.0.0.1
İstifadəçi ¹: 1


Keçən il Martin İdeni oxumuşdum ve çox təsirlənmişdim. Sonuna qədər oxumağa dəyəcək maraqlı əsərdir smile.gif


--------------------




Go to the top of the page
 
+Quote Post

Reply to this topicStart new topic

1 istifadəçi bu mövzunu oxuyur (qonaqlar: 1, gizli istifadəçilər: 0)
İstifadəçilər: 0
 

RSS Yalnız mətn şəklində İndi: 07.09.2010 - 15:53
Forum designed by DarKPLuS Style designed by KannibaL
Azərbaycan dilinə tərcümə : BNM
Bira DarksitesThe ultimate MetalToplist